Prezident İlham Əliyev Azərbaycanın “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmasını təsdiqləyən qanunu imzalayıb.
Qanuna əsasən, Azərbaycan 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış sözügedən beynəlxalq konvensiyaya qoşulur.
Konvensiya gəmilərin ballast suları və çöküntüləri vasitəsilə invaziv su orqanizmlərinin yayılmasının qarşısının alınması, dəniz ekosisteminin qorunması və bu sahədə beynəlxalq standartların tətbiqini nəzərdə tutur.

