Qəbələ beynəlxalq festivala ev sahibliyi edəcək

Qəbələ beynəlxalq festivala ev sahibliyi edəcək

İyulun 29-dan avqustun 3-dək Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, musiqi, incəsənət, mədəniyyət və yaradıcılığı bir araya gətirəcək festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya zonaları və müxtəlif mədəni layihələr təşkil olunacaq.

Festivalın əsas proqramlarından biri XV Qəbələ Beynəlxalq Musiqi Festivalı olacaq. Tədbir günlərində müxtəlif ölkələrdən gələn musiqiçilərin iştirakı ilə rəngarəng konsert proqramları təqdim ediləcək.

Bununla yanaşı, Heydər Əliyev Konqres Mərkəzində “Mədəniyyətlərin Qovşağı” adlı beynəlxalq incəsənət sərgisi təşkil olunacaq. Sərgidə Azərbaycanın və müxtəlif ölkələrin tanınmış rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdiriləcək.

Festival çərçivəsində TEAS Press, 3 Alma və Libraff-ın iştirakı ilə kitab sərgisi də keçiriləcək. Ziyarətçilər müxtəlif nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və ədəbi proqramlarda iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “GabalaFest” “Gilan” şirkətinin dəstəyi ilə keçirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir