Azərbaycanda 2026-cı ilin ilk altı ayı ərzində 23 293 heyvan dişləməsi faktı qeydə alınıb.
Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova məlumat verib.
Onun sözlərinə görə, qeydə alınan hadisələrin 11 670-i məlum heyvanlar (it və pişik), 11 108-i isə naməlum heyvanlar (it, pişik və siçovul) tərəfindən törədilib.

A.Qurbanova bildirib ki, heyvan dişləməsinə məruz qalan şəxslərin quduzluğa qarşı antirabik vaksinlə təmin olunması həyata keçirilib və hazırda tibb müəssisələrində kifayət qədər vaksin mövcuddur.
O qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il heyvan dişləməsi hallarında 1 058 nəfər artım qeydə alınıb.
Şöbə müdiri vətəndaşlara heyvan dişləməsi zamanı vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edərək vurğulayıb ki, ev şəraitində müalicə aparılmamalı, vaksinasiya prosesi yalnız həkim nəzarəti altında tamamlanmalıdır.

