Trampdan İrana sərt xəbərdarlıq: “Çox sərt zərbə endirəcəyik”

Trampdan İrana sərt xəbərdarlıq: “Çox sərt zərbə endirəcəyik”

ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ hərbi qüvvələrinə qarşı həyata keçirilən raket hücumlarının cavabsız qalmayacağını bildirib.

“Fox News”un baş xarici xəbərlər müxbiri Trey Yingst ilə telefon danışığında Tramp deyib ki, Vaşinqton bu hücumlara cavab olaraq “İrana çox sərt şəkildə zərbə endirəcək”

ABŞ Prezidenti hücumu qəbuledilməz adlandıraraq, İranın bunun ağır nəticələri ilə üzləşəcəyini vurğulayıb. ABŞ rəsmilərinin məlumatına görə, İordaniyadakı Amerika bazalarına doğru atılan raketlərin hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və ilkin məlumata əsasən, ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb. 

Məlumata görə, insident Yaxın Şərqdə gərginliyin yenidən artmasına səbəb olub. Bundan əvvəl ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı birgə zərbələr endirdiyi, Tramp administrasiyasının isə Tehranla danışıqları davam etdirmək niyyətini bildirsə də, mümkün yeni hücumlara sərt cavab veriləcəyini vurğuladığı qeyd olunur. 

Hadisədən sonra dünya bazarlarında neftin qiymətində də artım müşahidə olunub. Analitiklər hesab edirlər ki, regionda hərbi eskalasiyanın dərinləşməsi enerji bazarlarına və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir