Bakının Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.
Xeberyerinde.com xəbər verir ki, qəza zamanı Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Rauf Hüseynov və sərnişin Bəhruz Sultanov aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Yük avtomobilinin sürücüsü Mais Abbasov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Unikal.az-ın məlumatına görə, yol qəzasında həyatını itirən Rauf Hüseynov və Bəhruz Sultanov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.
Faktla bağlı araşdırma aparılır.

