Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.
Xeberyerinde Cenublu.az-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Astara ekspedisiyası qala divarlarını, müdafiə sistemini və qala daxilindəki memarlıq tikililərini araşdırır.
Qazıntılar zamanı qala divarları, müdafiə sisteminə aid memarlıq elementləri, su təchizatı qurğuları, saxsı su tüngləri, günbəzli tikili, oval formalı memarlıq quruluşu və yonulmuş daş döşəmə aşkar edilib.
Alimlərin qənaətinə görə, tapıntılar Astara bölgəsinin XII əsrin sonu – XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu təsdiqləyən əhəmiyyətli arxeoloji sübutlardır.
Qazıntılar davam etdirilir.

