Trampdan İrana sərt xəbərdarlıq: “Onları darmadağın edəcəyik”

Trampdan İrana sərt xəbərdarlıq: “Onları darmadağın edəcəyik”

ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki Amerika qüvvələrinə raket hücumlarına sərt cavab veriləcəyini açıqlayıb.

Xeberyerinde xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində “Onları döyüşdə darmadağın edəcəyik” deyərək İranı hədələyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran Amerika qüvvələrinə qarşı bir neçə ballistik raket buraxıb. Bildirilib ki, bütün raketlər havada zərərsizləşdirilib.

Eyni zamanda, CENTCOM ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin İraqda İrana bağlı silahlı qruplaşmalara zərbələr endirdiyini açıqlayıb. Tramp əməliyyatın İraq hökuməti ilə koordinasiya olunduğunu desə də, İraq Prezidenti Administrasiyası bu hücumları ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir