Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb.
Xəbər verdiyimiz kimi, iyulun 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə iki yeniyetmə dənizdə batıb. Onlardan biri, Ağazadə Rahil Tarıyel oğlu iyulun 28-i FHN dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdi. 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun axtarışları isə davam edirdi.
Bu gün 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

