Türkiyədə təxminən 5 milyon pensiyaçını əhatə edən yeni qərara əsasən, minimum pensiya artırılıb.
Yeni tənzimləməyə görə, təxminən 965 manatdan (23 552 TL) aşağı pensiya alanların ödənişləri artırılacaq. Minimum pensiya məbləği təxminən 146 manat (3 552 TL) artırılıb.
Artım təxminən 17,76 faiz təşkil edir və qanuna əsasən, 2026-cı ilin iyul ayından etibarən tətbiq olunacaq.
Yeni minimum məbləğdən aşağı pensiya alanlara yaranan fərq də yenilənmiş məbləğə uyğun ödəniləcək. Pensiya fərqləri Türkiyənin Sosial Təminat Qurumu (SGK) tərəfindən müəyyən edilən ödəniş qrafikinə uyğun olaraq vətəndaşların hesablarına köçürüləcək.

