ABŞ-nin İndiana ştatında gecə klubu qarşısında baş verən silahlı hücum zamanı gənc qadının öldürülməsi ilə bağlı məhkəmə hökmü açıqlanıb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, “Mickey Cobra Nation” adlı cinayətkar dəstənin üzvü olduğu bildirilən 15 yaşlı Larry qətl və dəstə üzvlüyü ilə bağlı ümumilikdə 100 il həbs cəzasına məhkum edilib.
Eyni iş üzrə mühakimə olunan 19 yaşlı Rashawn Samuels isə qətl və dəstə üzvlüyü maddələri ilə 125 il həbs cəzası alıb.
İstintaqa görə, hücum 2025-ci ilin fevralında Anderson şəhərində gecə klubunun qarşısında baş verib. Təqsirləndirilən şəxslər başqa bir qətlin şahidini hədəf almaq istəsələr də, atəş nəticəsində hadisə yerində olan 26 yaşlı Dayla Swain vurularaq öldürülüb.
İş üzrə digər təqsirləndirilən şəxslərdən biri daha əvvəl 90 il həbs cəzası alıb, dördüncü şəxsin məhkəməsinin isə ilin sonunadək başlanacağı bildirilib.

