Şəmkirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Xeberyerinde APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Şəmkir rayonunda baş verib. İstintaq materiallarına əsasən, Arif Hacıyev ailədaxili münaqişə zəminində həyat yoldaşı Röyalə Hacıyevanın boğazını kəsərək onu qətlə yetirib.
Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

