Paşinyan yenidən baş nazir postuna namizəd göstərildi

Paşinyan yenidən baş nazir postuna namizəd göstərildi

Ermənistanda yeni formalaşacaq hökumətin baş naziri vəzifəsinə namizəd müəyyənləşib.

Xeberyerinde xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Ermənistan Konstitusiyasına əsasən, yeni hökumətin başçısını ölkə Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.

Qeyd edək ki, Nikol Paşinyan bu gün parlamentin ilk iclasında Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini açıqlamışdı. Yeni hökumət formalaşanadək Nazirlər Kabineti öz səlahiyyətlərini icra etməyə davam edəcək.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir