Azərbaycanda bu ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin olunub.
Xeberyerinde xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını genişləndirmək məqsədilə onlar üçün peşə hazırlığı kursları da təşkil olunur.
Nazirliyin məlumatına görə, cari il ərzində 224 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Təlimləri uğurla başa vuran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində də müvafiq dəstək göstərilib.

