Quba şəhərində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberyerinde xəbər verir ki, qəza şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet” və “Ford” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa



