Kolleclərə ixtisas seçimi başladı

Kolleclərə ixtisas seçimi başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə start verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçimi avqustun 3-dən 9-dək saat 23:59-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək təsdiqləməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən, riyaziyyat fənni üzrə isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslara isə ümumi balı 50-dən az olmayan və qabiliyyət imtahanından “məqbul” qiyməti alan namizədlər qatılırlar.

Hər bir abituriyent dövlət sifarişi və ödənişli əsaslarla müxtəlif təhsil müəssisələri üzrə ümumilikdə 12-dək ixtisas seçə bilər. Müsabiqə zamanı yerləşdirmə abituriyentin seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.

DİM-in məlumatına görə, 2026/2027-ci tədris ili üçün kolleclərə qəbul üzrə 6210 plan yeri ayrılıb. Ötən il bu göstərici 8144 olub. Bu il müsabiqə şərtini ödəyən 24 545 abituriyent ixtisas seçiminə buraxılıb.

Bundan başqa, ötən il olduğu kimi, bu il də ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən, lakin müsabiqə şərtini ödəyən abituriyentlər avqustun 3-9-u tarixlərində qeydiyyatdan keçərək ixtisas seçimində iştirak edə bilərlər.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in Bakı və regionlarda fəaliyyət göstərən **”Abituriyent Məsləhət Mərkəzləri”**nə müraciət edərək ödənişsiz məsləhət ala bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir