Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.
Məlumata görə, CIF bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56 faiz bahalaşaraq 93,37 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 91,04 ABŞ dolları səviyyəsində qiymətləndirilirdi.
Qeyd edək ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin orta satış qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı qiymət büdcədə əsas götürülən göstəricidən 28,37 ABŞ dolları yüksəkdir.

