Bakının mərkəzində binada yanğın başladı

Bakının mərkəzində binada yanğın başladı

Bakının Səbail rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Xeberyerinde-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisənin səbəbi və mümkün zərər barədə hələlik məlumat verilməyib. Fövqəladə Hallar Nazirliyi əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir