Tanınmış teleaparıcı Turan İbrahimovun bacanağı vəfat etdi

Tanınmış teleaparıcı Turan İbrahimovun bacanağı vəfat etdi

Tanınmış jurnalist və teleaparıcı Turan İbrahimovun bacanağı Emin Səfiyarov vəfat edib.

Məlumata görə, Emin Səfiyarov qəfil dünyasını dəyişib. Onun özəl şirkətlərdən birində çalışdığı bildirilir.

Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və baldızı Nərmin İbrahimova sosial şəbəkələrdə tanınan bloqerlərdəndir. Bildirilir ki, Pərvin Səfiyarova həyat yoldaşının vəfatından sonra sosial media hesabını bağlayıb.

Qeyd edək ki, Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhəri M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinin direktoru vəzifəsində çalışır.

Emin Səfiyarovdan iki övladı yadigar qalıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir