Avqustun 9-da 41 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

Avqustun 9-da 41 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

Avqustun 9-da Azərbaycanda hava şəraitinin əsasən günəşli və isti keçəcəyi gözlənilir. Bəzi ərazilərdə temperatur 41 dərəcəyə yaxınlaşacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz isə 34-39 dərəcə isti olacaq.

Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında temperaturun 35-40, bəzi yerlərdə isə 41 dərəcəyə yaxın yüksələcəyi proqnozlaşdırılır.

Dağlıq rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Ölkə ərazisinin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq ərazilərdə duman müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında isə cənub-şərq küləyi əsəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir