Goranboy rayonunda evdən meyit aşkarlanıb.
Meyit evdə aşkar edilib
Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Z.Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb.
Araşdırma aparılır
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaya göndərilib.
Hazırda ölümün səbəbləri məlum deyil.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

