Hadisə Aşağı Seyfəli kəndində baş verib
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
“Xəbəryerində” xəbər verir ki, hadisə Aşağı Seyfəli kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1964-cü il təvəllüdlü Ə. Abdıyev elektrik dirəyində işləyərkən qəfil cərəyan vurub.
Aldığı xəsarətlərə görə 62 yaşlı kişi hadisə yerində həyatını itirib.
Hadisənin səbəbləri araşdırılır və faktla bağlı müvafiq araşdırma aparılır.

