Zaqatalada dəhşətli qəza: sürücü öldü, 21 yaşlı gənc yaralandı-VİDEO

Zaqatalada dəhşətli qəza: sürücü öldü, 21 yaşlı gənc yaralandı-VİDEO

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər yerində xəbər verir ki, qəza gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Opel” və VAZ 21099 markalı avtomobillər toqquşub. Güclü toqquşma nəticəsində VAZ-ın sürücüsü, Zaqatala rayon sakini Laçın Qüdrət oğlu Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı daha bir nəfər xəsarət alıb. Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev təcili tibbi yardım briqadası tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir