Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə yüksəlib.
Xeber yerinde xarici mətbuata əsasən xəbər verir ki, 7,4 maqnitudalı zəlzələ nəticəsində 570-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Təbii fəlakət zamanı çoxsaylı binalar dağılıb və ya ciddi ziyan görüb.
Zəlzələnin episentri ölkənin qərbində, San-Xose-del-Palmar ərazisi yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar Kolumbiyanın bir sıra şəhərləri ilə yanaşı, qonşu Ekvadorda da hiss olunub.
Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir. Xilasetmə qrupları və hərbçilər dağıntılar arasında sağ qalanların müəyyənləşdirilməsi üçün əməliyyatlar aparırlar. İlkin məlumatlara əsasən, minlərlə insanın itkin düşdüyü bildirilir.
Kolumbiya Prezidenti Abelardo de la Espriella zəlzələdən sonra ölkədə fövqəladə vəziyyət elan edib. Hakimiyyət xilasetmə və yardım işlərinin sürətləndirilməsi üçün əlavə qüvvələrin bölgəyə cəlb edildiyini açıqlayıb.
Mütəxəssislər bölgədə yeni afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq ediblər. Xilasetmə işləri davam etdiyi üçün ölən və yaralananların sayının dəyişə biləcəyi qeyd olunur.

