ABŞ Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 15,5 milyon dollar təcili yardım ayırıb.
Xeber yerinde xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, vəsait zəlzələdən zərər çəkənlər üçün müvəqqəti sığınacaqların yaradılması, ərzaq təminatı, mühafizə tədbirləri və dağıntıların qiymətləndirilməsinə yönəldiləcək.
Dövlət Departamenti bəyanatında Kolumbiya xalqına dəstəyini ifadə edib və Prezident Abelardo de la Espriella və hökumətinin yanında olduğunu bildirib.

