Dünən dənizdə boğulan oğlan məşhur qrupun solisti imiş

Dünən dənizdə boğulan oğlan məşhur qrupun solisti imiş

Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə boğulan şəxsin kimliyi məlum olub.

Xeber Yerində xəbər verir ki, ötən gün nəzarətsiz ərazidə dənizdə batan 30 yaşlı şəxsin “Krosna” qrupunun solisti Seymur Allahverdiyev olduğu məlum olub.

Seymur Allahverdiyevin meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkarlanıb. Dalğıclar tərəfindən sudan çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Seymur Allahverdiyev 1996-cı il təvəllüdlü olub və “Krosna” qrupunun solisti kimi fəaliyyət göstərib.

Onun vəfatı ilə bağlı xəbəri qrupla əməkdaşlıq edən tanınmış bloqer Ləman Rüstəmi də sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, dünən Buzovna sahilində 30 yaşlı kişinin dənizdə boğulması barədə məlumat vermişdik. Sonradan həmin şəxsin Seymur Allahverdiyev olduğu məlum olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir