Zəlzələ lüks villanı belə dağıtdı – anbaan görüntülər

Zəlzələ lüks villanı belə dağıtdı – anbaan görüntülər

Kolumbiyada baş verən zəlzələ zamanı lentə alınan görüntülər böyük diqqət çəkib.

Xəbər Yerində sosial şəbəkələrin birində yayılan videoya əsasən xəbər verir ki, lüks villada yaşayan şəxslərin zəlzələ başlayan kimi binanı tərk etdiyi görünür. Sakinlər təhlükəsiz məsafəyə çəkilərək baş verənləri mobil telefonla qeydə alıblar.

Kadrlarda yeraltı təkanların gücü aydın hiss olunur. Bir müddət sonra villanın konstruksiyalarında ciddi dağıntı başlayıb və binanın bir hissəsi çöküb.

Sakinlərin hadisə zamanı artıq villanı tərk etməsi mümkün faciənin qarşısını alıb.

Həmin anları əks etdirən video sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir