Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti tapılıb.
Xeber Yerinde FHN-ə istinadən xəbər verir ki, Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində gəncin meyiti batdığı yerdən təxminən 1,5 kilometr aralıda suda aşkar edilib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə ilə bağlı dünən FHN-ə məlumat daxil olmuş və gəncin axtarışlarına başlanılmışdı.

