“Qarabağ”dan möhtəşəm geridönüş: “Dinamo”nu Bakıda məğlub edərək pley-offa yüksəldi

“Qarabağ”dan möhtəşəm geridönüş: “Dinamo”nu Bakıda məğlub edərək pley-offa yüksəldi

“Qarabağ” UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.

Xeber Yerinde xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın Kiyev “Dinamo”sunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 12-ci dəqiqəsində Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə isə Aleksey Kaşuk fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Polşada keçirilən ilk görüşdə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” iki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə növbəti mərhələyə adlayıb.

“Köhlən atlar” pley-off mərhələsində “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir