Məşhur “Yeni ulduz” layihəsi yenidən ekranlara qayıdır

Məşhur “Yeni ulduz” layihəsi yenidən ekranlara qayıdır

İllər əvvəl tamaşaçıların böyük marağına səbəb olan “Yeni ulduz” televiziya layihəsi yenidən yayımlanacaq.

Xeber Yerinde-nin əldə etdiyi məlumata görə, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də tamaşaçıların qarşısına çıxacaq. Şou yeni televiziya mövsümündə efirə gedəcək.

Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev sağlığında “Yeni ulduz” layihəsini yenidən ekranlara qaytarmaq niyyətində olduğunu açıqlamışdı.

Oqtay Əliyevin vəfatından sonra Xalq artisti Mübariz Tağıyev də layihənin yenidən həyata keçirilməsi ilə bağlı planların olduğunu bildirmişdi.

Mənbə: axşam.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir