İmişlidə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəbər Yerində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində 40 yaşlı X.Nurməmmədova tutulub.
Saxlanılan şəxsin üzərindən və ya ona məxsus ərazidən ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. X.Nurməmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.

