Balın şirin dadına aludə olan ayının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xəbər Yerində məlumat verir ki, görüntülərdə ayının arı pətəyindən bal yediyi görünür. Bu zaman arılar ayının üzərinə hücum edərək onu dəfələrlə sancır.
Lakin arı sancmalarına baxmayaraq, ayı geri çəkilmir və balı yeməyə davam edir.
Görüntülərdə ayının sancmalara dözüb şirin “ziyafətini” yarımçıq qoymaması izləyənlərin diqqətini çəkib.

