Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov 89 yaşında dünyasını dəyişib.
“Xeber Yerinde” APA-ya istinadən xəbər verir ki, general bu gün səhər saatlarında vəfat edib.
Abbasəli Novruzovun sabah dəfn ediləcəyi bildirilir. O, Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, 8 aprel 1994-cü ildə Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin olunub. General bu vəzifədə 2001-ci ilədək fəaliyyət göstərib.

