Xəbər yerində APA-ya istinadən xəbər verir ki, İsmayıllının Qubaxəlili kəndi ərazisindən keçən Şirvan kanalından meyit tapılıb.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Suda batan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyən edilib.
Hadisənin təfərrüatları araşdırılır.

