Zimbabvenin Kariba gölündə baş verən bərə qəzası nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
“Xeber Yerinde” xəbər verir ki, hadisədən sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyata peşəkar xilasedicilərlə yanaşı, yerli dənizçilər də cəlb olunub.
Qeyd edək ki, avqustun 11-də Kariba gölündə bərənin aşması nəticəsində faciə baş verib. Gəminin 90 sərnişin daşımasına icazə verilsə də, qəza zamanı göyərtədə təxminən 160 nəfərin olduğu bildirilir.
İlkin məlumatlara əsasən, bərənin həddindən artıq yüklənməsi və güclü küləyin təsiri ilə aşdığı ehtimal olunur. Axtarış tədbirləri başa çatdırılmayıb və ölənlərin sayının artacağı istisna edilmir.
Mənbə: Qafqazinfo



