Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonundan keçən yük avtomobilində yanğın baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobilində qəfil yanğın başlayıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

