İlham Əliyev Viktor Yuşenko ilə görüşdü

İlham Əliyev Viktor Yuşenko ilə görüşdü

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Dövlət başçısı sosial şəbəkə hesablarında görüşlə bağlı paylaşım edib.

İlham Əliyev bildirib ki, Viktor Yuşenko ilə 20 ildən artıq davam edən tanışlıqları çərçivəsində xoş xatirələri bölüşüb, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işləri xatırlayıblar.

Görüş zamanı iki ölkə arasındakı əlaqələrin gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Viktor Yuşenko ilə görüşdə İlham Əliyevə xüsusi vəsiqə təqdim olunub

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir