Tovuz rayonunda su arxından kişi meyiti aşkarlanıb.
Hadisə Xatınlı kəndinin girişində qeydə alınıb. İlkin məlumata görə, su arxında tapılan meyit 1986-cı il təvəllüdlü A.Müseyibova məxsusdur.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

