Qayıqdan özünü suya atan kişi boğuldu

Qayıqdan özünü suya atan kişi boğuldu

Yevlax rayonunda balıq tutmaq üçün su kanalına gedən kişinin meyiti tapılıb.

Qayıq bəndə doğru hərəkət edib

Hadisə ötən gecə saat 01:00 radələrində baş verib. Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Süleymanov balıq tutmaq məqsədilə Yuxarı Şirvan kanalına gedib.

Məlumata görə, o, Xanabad kəndi ərazisindən keçən hissədə qayıqla kanalda hərəkətdə olarkən qayığın güclü su axını səbəbindən bənd istiqamətinə getdiyini görüb.

Özünü suya atıb

Təhlükəni görən Tofiq Süleymanov qayığı idarə edə bilməyəcəyini düşünərək özünü suya atıb. Lakin nəticədə suda boğularaq həyatını itirib.

Onun meyiti daha sonra kanalın Ağdaş rayonunun Şəkili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Araşdırma aparılır

Hadisə ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb. Ölümün dəqiq səbəbləri araşdırma zamanı müəyyənləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir