Tanınmış aktrisa 36 yaşında vəfat edib

Tanınmış aktrisa 36 yaşında vəfat edib

ABŞ-li məşhur aktrisa Hayden Panettiere 36 yaşında dünyasını dəyişib.

Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, aktrisa avqustun 16-da Cənubi Karolinanın Qrinvil şəhərində müvəqqəti qaldığı mənzildə huşsuz vəziyyətdə tapılıb. Təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Panettiere daha çox “Heroes” serialındakı Claire Bennet və “Nashville” serialındakı Juliette Barnes rolları ilə tanınıb. O, həmçinin “Scream 4”, “Scream VI” və “Remember the Titans” kimi filmlərdə rol alıb.

Aktrisanın ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. İlkin yarılma zamanı ölümə səbəb ola biləcək fiziki travma aşkarlanmayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir və ilkin məlumata görə, ölümün cinayət xarakterli olduğuna dair əlamət yoxdur.

Qeyd edək ki, Hayden Panettiere keçmiş nişanlısı, məşhur boksçu Vladimir Kliçko ilə münasibətindən Kaya adlı qız övladına sahib idi. Kliçko bu gün aktrisanın ölümü ilə bağlı ilk dəfə açıqlama verərək dərin sarsıntı keçirdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir