4 yaşlı uşaq avtomobilin altında qalaraq öldü

4 yaşlı uşaq avtomobilin altında qalaraq öldü

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində qeydə alınıb.

Belə ki, Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, Y. Əliyev dünən anası ilə birlikdə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşərək yolu keçmək istəyərkən uşaq qəfil avtomobilin qarşısına çıxıb və faciə baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə azyaşlı uşaqların yol hərəkəti zamanı təhlükəsizliyinə xüsusi diqqət yetirmələri ilə bağlı müraciət edib.

Sürücülərdən də yol hərəkəti qaydalarına ciddi əməl etmələri, xüsusilə yaşayış məntəqələrində və uşaqların yola çıxma ehtimalının olduğu ərazilərdə diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir