Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeber Yerinde “APA”ya istinadən xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.
Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qəfil halı pisləşib.
Nəticədə sürücü avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına çıxıb. Sakit Abdinov hadisə nəticəsində həyatını itirib.
İlkin ehtimala görə, qəzadan əvvəl sürücünün ürəyi qəfil tutub.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

