Azərbaycanın Maliyyə Nazirliyi 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu yüksəldib.
Xeber Yerinde xəbər verir ki, nazirliyin yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir.
Əvvəlki proqnozda 2026-cı il üzrə orta illik inflyasiyanın 4,8 faiz olacağı bildirilmişdi. Beləliklə, yeni gözlənti əvvəlki proqnozdan 0,9 faiz bəndi yüksəkdir.
Maliyyə Nazirliyi eyni zamanda qeyri-neft-qaz sektorunun artımı ilə bağlı gözləntiləri də yeniləyib.
Qeyd edək ki, son dövrdə Azərbaycanda qiymət artımları və inflyasiya ilə bağlı proqnozlar iqtisadi gündəmin əsas mövzularından biridir.

