Keniyada helikopter qəzası: 6 turist həlak oldu

Keniyada helikopter qəzası: 6 turist həlak oldu

Keniyanın Samburu bölgəsində, Ololokve dağının yaxınlığında helikopter qəzaya uğrayıb.

Xeber Yerinde xəbər verir ki, qəza avqustun 19-da səhər saatlarında baş verib. Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, “Eurocopter EC130 B4” tipli helikopter Loisabadan Evasonyiro istiqamətində uçarkən təxminən saat 09:13-də qəzaya uğrayıb.

Yerli mənbələrin məlumatına görə, helikopterdə 6 turist və pilot olmaqla 7 nəfər olub və onların hamısı həyatını itirib. Ölənlərin şəxsiyyətləri hələlik açıqlanmayıb.

Qəza dağın əlçatmaz və relyefi çətin olan hissəsində baş verdiyindən xilasetmə və meyitlərin çıxarılması işləri çətinliklə aparılır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir