Fermada inəkləri yemləyən kişini elektrik vurdu

Fermada inəkləri yemləyən kişini elektrik vurdu

Bərdə rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.

Hadisə dünən saat 10 radələrində Mollalı kəndində baş verib. 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov özünə məxsus fermada olarkən elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Məlumata görə, kişi iribuynuzlu heyvanların saxlanıldığı tövlədə onları yemlədiyi vaxt elektrik cərəyanının təsirinə məruz qalıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir