Bakının Yasamal rayonunda kuryerlər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Xəbər Yerində məlumat verir ki, hadisə Zahid Xəlilov küçəsində, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Məlumata görə, marketlərdən birində çalışan kuryerlər arasında əvvəlcə mübahisə yaranıb. Gərginlik daha sonra davaya çevrilib və kuryerlərdən biri digərinə bıçaqla xəsarət yetirib.
Yaralanan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən kuryer isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, həmin ərazidə kuryerlər arasında mübahisə və davalar əvvəllər də baş verib. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti şəxslərə və market şəbəkəsinin rəhbərliyinə dəfələrlə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Bakutv

