Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü R. Qarayevin xəstəxananın ərazisində meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi araşdırmanın nəticəsində müəyyənləşəcək.

