“Sea Breeze Uzbekistan”ın təməli Daşkənddə qoyuldu

“Sea Breeze Uzbekistan”ın təməli Daşkənddə qoyuldu

Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib.

Xəbər Yerində xəbər verir ki, dövlət başçıları tədbirə onlayn formatda qatılıblar.

Mərasim çərçivəsində “Davr Bank”ın, “Matanat-A” şirkətinin Gips zavodunun, həmçinin “Landau Education Group” tərəfindən yaradılan “Landau” adına iki STEAM məktəbinin açılışı olub.

Bununla yanaşı, SOCAR tərəfindən Özbəkistanda inşa ediləcək beş yeni yanacaqdoldurma məntəqəsinin, “Agalarov Development” şirkətinin “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “TuranAZ”ın “Baku City” yaşayış kompleksinin təməli qoyulub.

Tədbirdə, həmçinin gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və “Gold Fresh Fruits” şirkətinin meyvə bağları layihəsinin təməlqoyma mərasimləri keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir