Bu ərazilərdə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bu ərazilərdə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy rayonlarının və Bakının Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən ərazilərdə elektrik şəbəkələrində təmir və texniki işlər aparılacaq.

Tərtərdə saat 10:00-dan 14:00-dək İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində, Ağdaşda isə saat 10:00-dan 17:00-dək bir sıra kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bərdə rayonunda 35/10 kV-luq “Şirvanlı” yarımstansiyasında yeni transformatorun quraşdırılması ilə əlaqədar saat 10:00-dan 19:00-dək 12 kənddə fasilə olacaq.

Goranboyda isə ağac budama işləri ilə əlaqədar Bəşirli, Göynüyən, Hazırəhmədli kəndlərində saat 09:45-dən 14:45-dək, Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində isə saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Paytaxtın Yasamal rayonunda da transformator məntəqəsində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisi olmayacaq.

“Azərişıq”ın məlumatına görə, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir