ABB-nin bölmə rəhbəri evində ölü tapıldı

ABB-nin bölmə rəhbəri evində ölü tapıldı

Xeberyerinde-nin əldə etdiyi məlumata görə, hadisə avqustun 6-sı saat 21:00 radələrində Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 31 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin meyiti yaşadığı mənzildə aşkarlanıb. Yaxınlarının dediyinə görə, axşam qızdırması olub, qəbul etdiyi dərmandan sonra bədəni şok keçirib və 10 dəqiqə içində həyatını itirib.

Qeyd edək ki, Xubayar Rüstəmzadə Azərbaycanda fəaliyyət göstərən tanınmış banklardan birində bölmə rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi də tanınıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir