Xəbər Yerində xəbər verir ki, Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti “Happy Hens” markalı yumurtalardan istifadə ilə bağlı istehlakçılara xəbərdarlıq edib.
Məlumata görə, sözügedən yumurtaların istehlakı ilə əlaqəli 23 nəfərdə salmonella infeksiyası aşkarlanıb. Onlardan 7-nin vəziyyəti xəstəxanaya yerləşdirilməsini tələb edib. Hadisə ilə bağlı ölüm qeydə alınmayıb.
Səhiyyə qurumları epidemiyanın hələ davam etdiyini bildirərək yoluxma hallarının sayının arta biləcəyini istisna etmirlər. Müəssisələrə də həmin məhsulların satışını dayandırmaq və istehlakçılara təqdim etməmək çağırışı edilib.
Mütəxəssislərin məlumatına əsasən, salmonella ilə çirklənmiş qidanın qəbulundan sonra ishal, qızdırma və qarın ağrısı kimi əlamətlər 6 saatdan 6 günədək müddətdə meydana çıxa bilər.
İnfeksiya əksər hallarda 4-7 gün ərzində davam edir. Lakin bəzi pasiyentlərdə xəstəlik ağır keçə və tibbi müdaxilə, hətta xəstəxanaya yerləşdirilmə tələb edə bilər.
MMənbə: Unikal.az

